Emin Ağalarov Bakıda kazino açılması ilə bağlı tənqidlərə münasibət bildirib

Cəmiyyət

Bakı. Trend:

Emin Ağalarov Bakıda kazino açmaq qərarına görə tənqidlərə
münasibət bildirib.

Trend-in məlumatına görə, bununla bağlı o öz “Instagram”
səhifəsində paylaşım edib.

“21 yaşından kiçik heç kim kazinoya buraxılmayacaq. Gürcüstanda
kazinolarda oynayanların 17 faizi azərbaycanlıdır. Biz bu işi
ölkəyə qaytarmaq istəyirik”, – deyə E.Ağalarov yazıb.




E.Ağalarov vurğulayıb ki, bu gün kazinosuz turizmin inkişafı
bütün dünya təcrübəsindən geri almaq deməkdir:

“İstəyirik ki, buraya gəlmək istəyində olmayan əcnəbilər burada
oynasınlar, beynəlxalq poker turnirlərinə ev sahibliyi etmək
istəyirik. Monako, Makao, Şimali Kipr və Las Veqas ilə birlikdə
kazinolarda beşinci nöqtə olacağıq. Bu, bizə imkan verəcək ki, bu
ilin sonuna qədər bir çoxu bu gün Azərbaycanda mövcud olmayan ən
azı 12 beynəlxalq otel operatoru ilə müqavilə imzalayaq və onları
Sea Breeze-də mehmanxana biznesi kimi birləşdirək”, – deyə o qeyd
edib.

E.Ağalarov əlavə edib ki, mövsümdənkənar bu otellər turistlərlə
dolu olacaq, turistlər də pul xərcləyəcək: “Buna uyğun olaraq daha
çox iş yeri, dövlətə daha çox vergi və daha çox turist gəlir. Bu da
ölkəmizin çiçəklənməsidir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir