Laçın meşəliyində maraqlı anlar yaşanıb (FOTO)

Cəmiyyət

Laçın. Trend:

Gözəl təbiəti və mənzərəli relyefi ilə göz oxşayan Laçın bir o
qədər zəngin flora və faunaya malikdir. Dağlarında bir çox
canlılara rast gəlinən Laçın meşələrində bu dəfə ayı balası maraqlı
görüntüləri ilə diqqət çəkib.

Trend-in yerli
müxbiri xəbər verir ki, Laçın təbiətində, qonur ayı, canavar, adi
tülkü, çaqqal, qayakeçisi və ya bezoar keçi, ceyran, maral, cüyür,
qaban, iran sincabı, süleysin və bir çox məməlilər sinifinə daxil
olan heyvanlara rast gəlinir.




Bu dəfə isə Laçın dağlarında ayı balası ağaca dırmanarkən
maraqlı anları ilə diqqət çəkib. Kadrlar Laçın Dövlət Təbiət
Yasaqlığının Çorman kənd ərazisindəki meşəlikdə qeydə alınıb.
Ağacın bir neçə metr hündürlüyünə çıxan ayı balası daha sonra
oradan enərək yaşıllıqlar arasına qaçaraq gözdən itib. Həmin
kadrları təqdim edirik.

Qeyd edək ki, kadrlar yasaqlıq əməkdaşı tərəfindən təhlükəsizlik
qaydaları nəzərə alınaraq çəkilib.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir