
Bakı. Trend:
Bu gün Günəşdə güclü partlayış qeydə alınıb.
Trend-in
məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik
Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və
Günəş-Yer Fizikası İnstitutu xəbər verib.
“Günəşdə indi M2.9 (güclü) səviyyəsində partlayış qeydə alınıb.
Partlayış ötən gün Günəşin şimal yarımkürəsində görünən 4168 aktiv
bölgəsində baş verib”, – deyə o bildirib.
Bildirilib ki, maksimum radiasiya Bakı vaxtı ilə saat 17:57-də
qeydə alınıb.