
Bakı. Trend:
İyulun 22-də, Bakı şəhərinin memarlıq panoramasına yeni nəfəs
gətirəcək “Avenue 8” premium yaşayış layihəsinin rəsmi təqdimat
mərasimi JW Marriott otelində baş tutdu. Tədbirdə media
nümayəndələri, sənaye ekspertləri, biznes tərəfdaşları ilə yanaşı,
yerli və xarici qonaqlar da iştirak edirdi.
Bakı buxtasına panoramik mənzərəsi olan, Port Baku Walk və Zəfər
Parkı ilə əhatələnmiş “Avenue 8” təkcə yaşayış məkanı deyil,
paytaxtın yeni urban simvolu kimi mövqeyini gücləndirməyə
iddialıdır.
Layihə Avant Group və Moonwake Investment tərəfindən həyata
keçirilir. PAŞA Bank isə layihənin rəsmi maliyyə tərəfdaşıdır.
2010-cu ildən fəaliyyət göstərən və bu günə qədər 1.1 milyon
m²-dən artıq tikinti portfelinə sahib olan Avant Group, son illərdə
Gürcüstan və Özbəkistan bazarlarında da fəallığını artırır.
Avant Group-un Direktorlar Şurasının sədri Əli Hüseynov
çıxışında bildirib:
“Avenue 8 – bu, sadəcə yaşayış binaları deyil, bu, şəhərin
ruhunu əks etdirən konseptual həyat fəlsəfəsidir. 144 metrlik bu
memarlıq incisi Bakının estetik ruhunu təcəssüm etdirir.”
Layihənin fərqləndirici xüsusiyyətləri barədə danışan şirkətin
Biznesin İnkişafı və Marketinq direktoru Rüfət Abdullayev qeyd edib
ki:
“Avenue 8-in mənzilləri 4.5 metrlik tavan hündürlüyünə malik
olacaq, tam şüşəli fasadlar, zərif dizaynlı lobbilər və co-working
zonaları müasir şəhər həyatına yeni standartlar gətirəcək. Binanın
30-cu mərtəbəsində Sky Lounge və Rooftop Pool zonaları, 25 metrlik
qapalı hovuz, eləcə də spa, fitness və padel kortları rezidentlərə
tam fərqli bir həyat tərzi vəd edir.”
Əlavə olaraq, layihənin qarşısında 5000 m²-lik yaşıllıq və
ictimai park zonası salınacaq ki, bu da şəhərin mərkəzində təbiətə
açılan nadir bir məkana çevriləcək.
Tədbir çərçivəsində PAŞA Bank və Avant Group arasında strateji
əməkdaşlığı təsdiqləyən rəsmi Anlaşma Memorandumu da imzalanıb.
PAŞA Bank-ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bu
tərəfdaşlığın hər iki tərəf üçün dəyər yaradacağını və sektorun
daha geniş inkişafında rol oynayacağını vurğulayıb.
https://maps.app.goo.gl/7dfR7CwAgAe6iQpK9
Əlavə məlumat üçün:
https://youtu.be/5B7rYw0wqZY?si=WCykUYQ3MM857Tva
https://www.instagram.com/avenue8.az/
www.avenue8.az

