
Bakı. Trend:
2025-ci ilin iyul ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası
alanların sayı 148 489 nəfər olub.
Trend
xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF)
məlumat yayıb.
Bildirilib ki, onların 112 548 nəfəri yaşa, 14 211 nəfəri
əlilliyə, 21 730 nəfəri isə ailə başçısını itirməyə görə pensiya
alıb.