“Operativ Qərargahda ümumiyyətlə kitaba müsbət münasibət bəsləyən kimsə varmı..?”

Cəmiyyət Gündəm

Haranı açıb, haranı bağlayırsınız, öz işinizdir. İstisnasız olaraq bütün KİTAB satışı yerləri və kitabxanalar açıq olmalıdır. Buna həm də rəmzi mənada ehtiyac var. Virusa yoluxmuş insanların sağalması ehtimal yetərincə mövcuddur. Ondan bəlkə də min qat artıq sayda cəhalətə yoluxmuş insanların müalicəsinin yolu ancaq kitabdır. Konkret bir kitab peyvəndi olsa, yenə də dərd yarıdır. Yüzlərlə kitab oxumalısan, sonra da üzərində sağlam mühakimə aparmalısan ki, bu virusu canından çıxarasan. Orta məktəblərdə attestat alanların, ali məktəblərdə diplom alanların heç birinin sənədinin içində cəhalətə dayanıqlılıq qabiliyyəti qeyd olunmur. Bir neçə ildən sonra dini, siyasi, elmi, məişət cəhalətinin əlindən bu məmləkətdə normal düşünmək, faydalı fikir söyləmək imkanı qalmayacaq. Karantin dövründən sonra onsuz da çökmüş durumda olan nəşriyyat, kitab, poliqrafiya sektoru yox olmaq səviyyəsinə gəlib yetişəcək. Biz bu və ya digər formada mətbuata, media təmsilçilərinə dəstəyin şahidi oluruq, buna münasibətimiz də müsbətdir. Ancaq kitabsız medianın nə gələcəyi ola bilər ki? Operativ Qərargahda ümumiyyətlə kitaba müsbət münasibət bəsləyən kimsə varmı? Təcili bu qərara məhz kirab satışı, nəşriyyat fəaliyyəti ilə bağlı bütün məhdudiyyətləri ortadan qaldıran bənd əlavə edilməlidir.
Fazil Mustafa, Millət vəkili

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir