
Bakı. Trend:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturuna daxil
olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilib.
Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.
Sənədə əsasən, Agentliyin strukturuna daxil olmayan
tabeliyindəki qurumların siyahısı aşağıdakı kimi olub:
1. “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs;
2. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi
şəxs;
3. “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi
şəxs;
4. “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi
şəxs;
5. “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu”
publik hüquqi şəxs.
6. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların
İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin
tabeliyindəki qurumlar:
6.1. “Sedam” Məhdud Məsuliyyətli Cəmiyyəti;
6.2. Mərkəzi laboratoriya