Ezamiyyə xərcləri ilə bağlı qərarda dəyişiklik edilib

Cəmiyyət

Bakı. Trend:

Ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin
əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyasında
dəyişiklik edilib.

Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.




Sənədə əsasən, Azərbaycan Respublikası Baş prokurorunun
müavinlərinə ezamiyyətə getdiyi zaman fasiləsiz uçuş müddəti 5
(beş) saatdan artıq olduğu aviareyslər üzrə nəqliyyat xərcləri
“biznes klass” tarifləri ilə ödəniləcək.