
Xankəndi. Trend:
Azad edilən ərazilərdə iqtisadiyyatın bərpası, iqtisadi
fəaliyyət və məşğulluğun təmin edilməsi istiqamətində də mühüm
nəticələr əldə edilib.
Trend xəbər
verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin
Yusubov Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay
Düşərgəsinin açılış mərasimində deyib.
E.Yusubov bildirib ki, ərazi üzrə ümumilikdə 506 obyektin
icarəyə verilməsi təmin edilib:
“Xankəndidə 374, Ağdərədə 25 və Xocalıda 73 obyekt. Bunlardan
351-i (Xankəndi – 253, Ağdərə – 25 və Xocalı – 73) fəaliyyətə
başlayıb. Digərlərində investorlar tərəfindən fəaliyyətə hazırlıq
işləri gedir. Hazırkı dövrədək ərazidə investorlar tərəfindən 60
milyon manatdan çox investisiyanın reallaşdırılması baş tutub”.
O qeyd edib ki, fəaliyyətə başlayan obyektlər üzrə 2 mindən çox
şəxs işlə təmin edilib.
“Mövcud müqavilələr üzrə digər obyektlər fəaliyyətə başladığında
iş yerlərinin sayı 5 minə yaxın olacaq”, – deyə o qeyd edib.