
Bakı.Trend:
Kədərli günümüzdə bizi yalnız buraxmadıqları, göstərdikləri
dəstək üçün hörmətli Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərimizi bildiririk.
Trend xəbər
verir ki, bunu Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasimində
qızı Günay Əfəndiyeva deyib.
“Biz çox xoşbəxt ailə idik. Buna görə həmişə hamımız atama
borclu olacağıq. Onun biliklərinə, bacarıqlarına, insanlarına
münasibətlərinə heyran idik, onunla fəxr edirdik. Düşünürəm ki,
atam o biri dünyaya köçsə də, işığı üzərimizdə olacaq”.