Xankəndi, Xocalı və Ağdərəyə 56 milyon manatdan çox investisiya qoyulub

Cəmiyyət

Xankəndi. Trend:

İşğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın bərpası,
iqtisadi fəaliyyət və məşğulluğun təmin edilməsi istiqamətində
mühüm nəticələr əldə edilib. Ərazi üzrə ümumilikdə 506 obyektin
icarəyə verilməsi təmin olunub. Xankəndi şəhərində 374, Ağdərə
rayonunda 35, Xocalı rayonunda 97 obyekt sahibkarın istifadəsinə
verilib. Obyektlərin əksəriyyəti fəaliyyətə başlayıb. Hazırkı
dövrədək ərazidə investorlar tərəfindən 56 milyon manatdan çox
investisiyanın reallaşması baş tutub. Fəaliyyətə başlamış obyektlər
üzrə 2 mindən çox şəxs işlə təmin edilib. Mövcud müqavilələr üzrə
digər obyektlər də fəaliyyətə başladığı zaman iş yerlərinin sayı 5
mindən yuxarı olacaq.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən
məlumata görə, bu fikirləri Xankəndi şəhərində keçirilən Diaspor
Gənclərinin 6-cı Yay düşərgəsində çıxış edən, Xankəndi şəhərində,
Ağdərə və Xocalı rayonlarındaf Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.




Onun sözlərinə görə, qeyd olunan iqtisadi uğurların əldə
edilməsində dövlətimizin işğaldan azad olunmuş ərazilərdə tətbiq
etdiyi güzəşt mexanizmləri də əhəmiyyətli rol oynayıb.

Qeyd edək ki, Vergi məcəlləsinə əsasən işğaldan azad olunmuş
ərazinin rezidentləri 2023- cü ilin yanvarın 1-dən etibarən 10 il
müddətinə gəlir, əmlak və torpaq sadələşdirilmiş vergidən azad
ediliblər. Fərdi sahibkarlar, ailə kəndli təsərrüfatları, torpaq və
pay mülkiyyətçiləri tərəfindən ödənilən sosial sığorta haqlarının
2023- cü ilin yanvarın 1-dən 10 il müddətində 100 faiz həcmində
dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması nəzərdə
tutulur. Həmin tarixdən işğaldan azad olunmuş ərazilərdə istehsal
fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ay
istehlak olunan komunal xidmətlərin tariflərinı uyğun olaraq
ödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsinin vəsaiti
hesabına maliyyə yardımı göstərilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir