“AzerGold” QSC və onun törəmə şirkətlərinin ötən ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Cəmiyyət

Bakı. Trend:

“AzerGold” QSC-nin və onun törəmə şirkətləri- “Daşkəsən Dəmir
Filiz” MMC və “AzerBlast” MMC-nin 2024-cü ilin yekunlarına dair
maliyyə hesabatları açıqlanıb.

Beynəlxalq nüfuzlu müstəqil auditor şirkəti –
“PricewaterhouseCoopers” tərəfindən aparılan maliyyə yoxlamaları
nəticəsində müsbət auditor rəy verilən maliyyə hesabatlarına əsasən
Səhmdar Cəmiyyətin və onun törəmə şirkətlərinin birgə maliyyə
nəticələrində pozitiv tendensiyalar qeydə alınıb.

Ötən ili də yüksək gəlir və mənfəətlə başa vuran Cəmiyyət bütün
göstəricilər üzrə mövqeyini daha da möhkəmləndirib.

Ümumilikdə, 2023-cü illə müqayisədə satış gəlirləri 2024-cü ildə
35% artaraq 182.69 milyon ABŞ
dolları
səviyyəsinə yüksəlib. Hesabat ilində
qiymətlilərin satış həcmi 9% artaraq,
70.5 min unsiya qızıl və 97.5
min
unsiya gümüş təşkil edib.

2024-cü ildə istehsalat həcmi və satış gəlirlərinin artması
nəticəsində “AzerGold” QSC və onun törəmə şirkətlərinin əməliyyat
mənfəətini xarakterizə edən EBITDA göstəricisi
27.5% artaraq 89.88
milyon ABŞ dolları
səviyyəsində qeydə alınıb.
Nəticədə xalis mənfəət 2023-cü illə müqayisədə hesabat ilində
21.3% artaraq 33.02 milyon
ABŞ dolları
təşkil edib.




Səhmdar Cəmiyyətin 2024-cü il üzrə ümumi aktivlərinin dəyəri
488.35 milyon ABŞ dolları təşkil edib, bu əvvəlki
ilin analoji göstəricisi ilə müqayisədə
4.3% artıma bərabərdir.

Həmçinin “AzerGold” QSC və onun törəmə şirkətlərinin 2024-cü
ildə xalis dövriyyə kapitalı 3.1% artaraq
105.22 milyon ABŞ dolları, ümumi kapitalı
26% artaraq 399.78 milyon ABŞ
dolları
təşkil edib.

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2024-cü il üzrə
göstəriciləri dövlət şirkətinin və onun törəmə şirkətlərində yüksək
maliyyə dayanıqlığının mövcudluğunu təsdiqləyir.

2024-cü il üzrə konsolidə edilmiş maliyyə nəticələri ilə ətraflı
tanış olmaq üçün linkə
keçid edə bilərsiniz.