Bakıda yaşayış binalarının istilik sistemləri sınaq yoxlanışından keçiriləcək

Cəmiyyət

Bakı. Trend:

Payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar yaşayış
binalarının istilik sistemləri sınaq yoxlanışından keçiriləcək.

Bu barədə Trend-ə “Azəristiliktəchizat” ASC-dən məlumat
verilib.

Bildirilib ki, avqustun 5-də Xətai rayonu İnqilab İsmayılov
küçəsində 3, 4, 5, 6, 7, 8, 10, 11, 12a, 13, 15, 16, 18, 20, 22,
24, 26, 28, 30, 44, 46, 50, 52, 56 və 58 nömrəli binalar; General
Şıxlınski küçəsində 13, 15, 19, 21, 23 (yataqxana), 25, 37, 39,
39a, 39b, 47,49,51(yataqxana),57 və 59 nömrəli binalar ; General
Mehmandarov küçəsində 20a, 20b, 22a, 22b, 26a, 26b, 28a, 28b, 42,
44, 46, 48, 50, 52, 54, 66, 68, 70, 72, 74, 76, 80, 82, 84, 90, 92,
94, 96, 98 və 100 nömrəli binalar; Nəsrəddin Tusi küçəsində 22, 24,
26 və 28 nömrəli binalar; Məhəmməd Hadi küçəsində 92 və 92a nömrəli
binalar, eləcə də 48 saylı orta məktəb ünvanlarında 2025-2026-cı
illər payız-qış mövsümünə hazırlıq çərçivəsində
“Azəristiliktəchizat” ASC tərəfindən istilik sistemlərinin sınaq
yoxlanması keçiriləcək.




“Bununla əlaqədar olaraq qeyd edilən ünvanlarda baş verə biləcək
su axıntısının qarşısının əvvəlcədən alınması məqsədi ilə
mənzildaxili istilik sistemlərinə nəzarət olunmasını tövsiyə
edirik.

Binaların zirzəmisində, binadaxili və ya mənzildaxili istilik
sistemlərində su axıntısı müşahidə olunduğu halda bu barədə dərhal
müəssisənin 956 nömrəli “Çağrı mərkəzi”nə, əraziyə xidmət göstərən
yerli idarələrə (İstilik Sistemləri İstismarı Sahələri) və ya
binaya xidmət göstərən MKİS-ə məlumat verməyinizi sizdən xahiş
edirik”, – məlumatda qeyd edilib.