
Bakı.Trend:
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin
rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi
üzrə növbəti məhkəmə prosesi keçirilib.
Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
dövlət ittihamçısı vəsatət qalıdırıb.
Dövlət ittihamçısı Anar Abdullayevin polisin nəzarətinə vermə
qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbirinin
seçilməsini istəyib.
Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib. Anar
Abdullayev məhkəmə zalında həbs edilib. Sonra prokuror ittiham
aktını elan edib. Hər iki təqsirləndirilən elan olunmuş ittiham
üzrə özlərini təqsirli bilməyiblər.
Məhkəmənin növbəti iclası 22 sentyabr tarixinə təyin edilib.
Qeyd edək ki, Anar Məmmədli ötən ilin aprel ayında saxlanılıb və
məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Anar
Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində
məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, onlara qarşı Cinayət Məcəlləsinin 192.3.2,
193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri
ilə ittiham irəli sürülüb.