
Bakı. Trend:
Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi avqustun 10-da
Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.
Trend
xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, “İmtahana buraxılış vərəqəsi”ni buradan çap edə bilərlər.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən
sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq
gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya
sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana
buraxılmayacaq.

