
Bakı.Trend:
Avqustun 5-də gecə Bakının Nəsimi rayonunun bir sıra küçələrində
elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Trend xəbər
verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, gücləndirmə işləri ilə əlaqədar olaraq avqustun
5-də saat 01:00-dan saat 06:00-dək rayonun Azadlıq prospekti,
Abbasqulu ağa Bakıxanov, Ənvər Qasımzadə, Qulu Quliyev, İmran
Qasımov, Akademik Mirəsədulla Mirqasımov, Feyzulla Qasımzadə, Abbas
Səhhət, Mirəli Qaşqay, Ceyhun Hacıbəyli küçələrinin bəzi
hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət
yaranacaq.
Gücləndirmə işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.