Ucar rayonunda uşaq bağçasında araşdırma aparılıb

Cəmiyyət

Bakı. Trend:

Ötən günlərdə kütləvi informasiya vasitələrində Ucar rayonu
Yuxarı Şilyan kənd körpələr evi-uşaq bağçasında baş verən neqativ
halla bağlı səs yazısı yayılıb.

Trend xəbər verir
ki, məsələ ilə bağlı araşdırma aparılıb və fəaliyyətində yol
verdiyi nöqsanlara görə sözügedən bağçanın müdiri səlahiyyətlərini
müvəqqəti icra edən, həmçinin Ucar rayonu Yuxarı Şilyan kənd tam
orta ümumtəhsil məktəbinin direktoru Emin Orucov tutduğu vəzifədən
azad edilib.




Əlavə olaraq bildiririk ki, təhsil müəssisələrində sağlam
pedaqoji mühitin formalaşdırılması, etik davranış qaydalarına əməl
olunması və fəaliyyətin mövcud qanunvericilik çərçivəsində təşkili,
bununla yanaşı vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil
müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın
artırılması əsas prioritetlərdəndir.