“Azərpoçt” rəsmisi Çində rəqəmsal iqtisadiyyat seminarında iştirak edib (FOTO)

Cəmiyyət

Bakı. Trend:

“Azərpoçt” MMC-nin Filiallar şəbəkəsinin idarə edilməsi
departamentinin direktoru Orxan Məmmədov Çin Xalq Respublikasında
keçirilən “Şanxay Əməkdaşlıq Təşkilatı üzrə rəqəmsal iqtisadiyyat”
mövzusunda beynəlxalq seminarda iştirak edib.

Trend-in
“Azərpoçt”a istinadla verdiyi məlumata görə, seminar Çin İnkişaf və
İslahatlar üzrə Dövlət Komitəsinin Beynəlxalq Əməkdaşlıq Mərkəzi
tərəfindən Pekin, Tyancin və Sian şəhərlərində təşkil olunub.

Tədbir çərçivəsində rəqəmsal iqtisadiyyat, süni intellekt
texnologiyalarının tətbiqi, elektron hökumət xidmətləri, “ağıllı
şəhər” həlləri, yaşıl rəqəmsal infrastruktur və sənaye internetinin
inkişafı kimi aktual mövzular müzakirə olunub. Seminar zamanı
iştirakçılar arasında fikir və təcrübə mübadiləsi aparılıb.




Tədbirdə Çinin aparıcı texnologiya şirkətləri — “Lenovo”,
“Tencent”, “Siasun” və digər qurumlar tərəfindən innovativ
layihələr təqdim olunub.

Orxan Məmmədov həmçinin Tyancin şəhərində keçirilən ŞƏT-in
Rəqəmsal İqtisadiyyat Forumunda və Sian şəhərində təşkil olunan
qabaqcıl istehsalat zəncirinin təşviqi mövzusunda beynəlxalq
sərgidə də iştirak edib.

Tədbir çərçivəsində “yaşıl rəqəmsal infrastruktur”un Çin modeli
əsasında qurulması və süni intellekt texnologiyalarının tətbiqi
sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Eyni zamanda,
azərbaycanlı mütəxəssislərin Çin müəssisələrində təcrübə keçməsi
üçün əməkdaşlıq formatları təklif olunub.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir