Bakının bu qəsəbələrində qaz olmayacaq

Cəmiyyət

Bakı.Trend:

Bu gün Bakının Binəqədi və Sabunçu rayonlarının bəzi
qəsəbələrində qaz təchizatı dayandırılacaq.

Trend
xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat
yayıb.




Bildirilib ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində və Sabunçu
rayonu, Kürdəxanı qəsəbəsində görüləcək təmir işləri ilə əlaqədar
avqustun 5-də saat 10:00-dan etibarən qaz təchizatı
dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Biləcəri qəsəbəsinin A.Zeynallı,
Q.Məmmədov, Ş.İ.Xəqani, M.Hüseynzadə və İ.Kərimov küçələrinin,
Kürdəxanı qəsəbəsinin isə V. Əliyev, X.Əzimov, H.Hacıyev və
Ə.Məlikov küçələrinin qaz təchizatında müvəqqəti fasilə
yaranacaq.