Türkiyənin Tibb Elmləri Universitetinin tibb fakültəsinə qəbul elan edilir – DİM

Cəmiyyət

Bakı. Trend:

Türkiyənin Tibb Elmləri Universitetinin tibb fakültəsinə qəbul
elan edilir.

Trend
xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Dövlət Sərhəd Xidməti və Türkiyə Silahlı
Qüvvələri arasında razılaşdırılmış Tədbirlər Planına müvafiq olaraq
2025/2026-cı tədris ilində Türkiyə Respublikası Tibb Elmləri
Universitetinin tibb fakültəsinə qəbul olmaq məqsədilə IV ixtisas
qrupu üzrə 600 baldan yuxarı nəticə göstərmiş abituriyentlər
sənədlərini 5 avqustdan 7 avqustadək Dövlət Sərhəd Xidmətinə təqdim
edə bilərlər.




Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 76

Əlaqə nömrəsi: 012 493 62 47