
Bakı. Trend:
Bu ilin ilk 6 ayı ərzində diplom təsdiqi üçün 2755 müraciət
qeydə alınıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsildə Keyfiyyət
Təminatı Agentliyindən məlumat verilib.
Bildirilib ki, həmin müraciətçilərin 2357-si barədə müsbət qərar
verilərək, onlara müvafiq şəhadətnamələr təqdim edilib.
“İlk 6 ayda 398 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Mənfi qərarla yekunlaşan müraciətlər Türkiyə Respublikası, Rusiya
Federasiyası, Ukraynanın payına düşür”, – deyə məlumatda qeyd
edilib.

