
Bakı. Trend:
Ölkədə qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyət
stabildir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat
verilib.
Bildirilib ki, təhsil müəssisələrində yay tətili səbəbindən
məktəblilər arasında təmas azaldığından xəstəliklərin yayılma riski
aşağıdır, hava-damcı infeksiyalarında azalma müşahidə edilir.
“Hazırda ölkədə qızılcaya qarşı həm planlı şəkildə, həm də
vaxtında peyvənd olunmamış uşaqlar və böyüklər arasında
müalicə-profilaktika müəssisələri tərəfindən vaksinasiya tədbirləri
davam etdirilir”, – deyə məlumatda qeyd edilib.