
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti
tərəfindən 2025-ci ilin 6 ayı ərzində 37711 obyektdə yanğın-texniki
müayinələr keçirilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq FHN-dən məlumat
verilib.
Bildirilib ki, 20134 cavabdeh məsul şəxs inzibati məsuliyyətə
cəlb edilərək, inzibati xəta haqqında protokol tərtib edilib.
“İnsan həyatına və ya sağlamlığına, ətraf mühitə və dövlətin
əmlak maraqlarına təhlükə yaradan 51 obyektdə isə məhdudlaşdırıcı
tədbirlərin tətbiqi barədə qərar qəbul edilib”, – məlumatda
deyilir.