Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib (FOTO)

Cəmiyyət

Bakı. Trend:

Avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti
qəbulunu keçirib.

Trend xəbər
verir ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə
dinlənilib.

Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada
araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.




Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma
yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması
məqsədilə verdiyi tapşırıqların ardıcıllıqla həyata keçirildiyi,
Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş
ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə
izlədiyi və onun tapşırıqları ilə müvafiq tədbirlərin görüldüyü
vurğulanıb.

Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa
işlərinə uyğun olaraq ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan
keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür.

Vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş
ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğularda
iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət
şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid
aylıq müavinət və digər sosial məsələlərə dair olub.

Spread the love