
Bakı. Trend:
2025-ci ilin iyul ayı ərzində Səhiyyə Nazirliyi Analitik
Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 48 aptekdə yoxlama həyata
keçirilib.
Trend
xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza
Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu yoxlamalardan 21-i Bakı şəhərində, 27-si isə
respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə
aparılıb.
Yoxlamaların 10-u planlı, 37-si plandankənar, 1-i isə yoxlamadan
kənar təftiş xarakteri daşıyıb.
Aparılmış yoxlamalar nəticəsində 19 aptekdə müxtəlif nöqsanlar
aşkarlanıb, bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinin 210.1, 221.1, 452.1 və 452.3 maddələri üzrə
müvafiq inzibati protokollar tərtib edilib.