
Bakı. Trend:
2025-ci ilin birinci yarısında valideyn himayəsindən məhrum
olmuş, eyni zamanda, çətin həyat şəraiti ilə üzləşmiş uşaqların
yaşadığı 23 müəssisə üzrə 132 uşağın yerləşdirilməsi həyata
keçirilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Sosial Xidmətlər
Agentliyindən məlumat verilib.
Bildirilib ki, müəssisələrə yerləşdirilən uşaqlardan 71-i qız,
61-i oğlandır.
“Onlardan 35 nəfəri 0-3 yaş, 17 nəfəri 4-6 yaş, 34 nəfəri 7-12
yaş, 46 nəfəri 13-18 yaş kateqoriyasına aid olan uşaqlardır.
Uşaqların müəssisələrə yerləşdirilməsi ilə bağlı müraciətlər
e-sosial.az elektron portalında valideyn himayəsindən məhrum olmuş
uşaqlar, himayədar ailə və övladlığagötürmə bölməsində, valideyn
himayəsindən məhrum olmuş uşaqların yerləşdirilməsi alt bölməsi
vasitəsi ilə aparılır.
O cümlədən, müraciətlər DOST Mərkəzləri vasitəsi ilə də qəbul
edilir”,- deyə məlumatda qeyd edilib.