Azad olunmuş ərazilərdə yeni avtostansiyalar tikiləcək

Cəmiyyət

Bakı.Trend:

Hazırda Azərbaycanda 32 avtovağzal və 15 avtostansiya fəaliyyət
göstərir. Onların sayının artırılması istiqamətində işlər
görülür.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, bu ilin mayında Ağdam Dəmir Yolu və Avtovağzal
Kompleksinin açılışı olub:

“Həmçinin, Xankəndi şəhərində avtovağzalın, Şuşa, Cəbrayıl,
Laçın, Kəlbəcər, Füzuli şəhərlərində avtostansiyaların tikintisi
planlaşdırılır. Yardımlı, Lerik rayonlarında isə tikintisi
planlaşdırılan avtostansiyaların yerləri müəyyən olunub”.

Məlumatda bildirilib ki, regionlardakı avtovağzal və
avtostansiyaların texnoloji iş prosesinə nəzarət AYNA tərəfindən
həyata keçirilir:




“Avtovağzal və avtostansiyalarda xidmət keyfiyyətinin
artırılması istiqamətində müvafiq işlər görülür. Müştəri
məmnuniyyətinin təmin edilməsi məqsədilə avtovağzal və
avtostansiyalar mərhələli qaydada “biletim.az” portalına
inteqrasiya olunur.

Qeyd edək ki, bu ilin 6 ayı ərzində “biletim.az” portalı
vasitəsilə onlayn qaydada 337,321 bilet əldə edilib. Bu, ötən ilin
müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək çoxdur. Bu da onun bariz
göstəricisidir ki, sərnişinlərin avtovağzal xidmətlərinə inamı
artmaqdadır.

“Biletim.az” portalında 51 şəhər və rayona, 82 istiqamət üzrə
bilet almaq mümkündür. Onlayn bilet satışı sistemi bütün
avtovağzalları əhatə edəcək.

Xatırladaq ki, mülki növündən və tabeliyindən asılı olmayaraq
avtovağzallara və avtostansiyalara dair tələblər Nazirlər
Kabinetinin 5 fevral 2009-cu il tarixli 22 nömrəli qərarı ilə
təsdiqlənən “Avtovağzallar və avtostansiyalar haqqında Əsasnamə”
ilə müəyyən edilir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir