
Bakı. Trend:
2025-ci ilin iyul ayı ərzində Respublika Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərindən günvurma ilə
bağlı 53 nəfər (18-i qadın, 35-i kişi cinsli olmaqla) müraciət
edib.
Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 28 nəfəri tibb müəssisəsinə
hospitalizasiya olunub, 21 nəfərə yerində tibbi yardım
göstərilib.
“Bakı şəhəri üzrə 4 nəfərin tibbi xidmətdən imtinası qeydə
alınıb.
Regionlar üzrə günvurma ilə bağlı isə Quba, Ağstafa, Sabirabad,
Hacıqabul, Neftçala və Zaqatala rayonlarından daxil olun
müraciətlər üzrə 6 nəfər tibb müəssisələrinə hospitalizasiya
olunub, 4 nəfərə isə yerində tibbi yardım göstərilib”,- deyə əlavə
edilib.