Lisey və gimnaziyalara seçim prosesi başlanır

Cəmiyyət

Bakı. Trend:

Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və
gimnaziyalar üçün seçim prosesi 6 avqust saat 15:00-da aktivləşəcək
və 13 avqust saat 12:00-da başa çatacaq.

Bu barədə Trend-ə Təhsil İnstitutundan məlumat verilib.




Bildirilib ki, namizədlər seçimlərini şəxsi kabinet vasitəsilə,
“İmtahanlar” bölməsində yerləşən “Lisey seçimi” hissəsindən həyata
keçirə bilərlər.

Əlavə araşdırmanın nəticələrinə əsasən, müvafiq komissiyanın
qərarı ilə nəticələri ləğv edilən şəxslər 8 avqust saat 17:00-a
qədər [email protected] elektron ünvanına rəsmi ərizə ilə müraciət
edə bilərlər.

Spread the love