
Bakı. Trend:
2025-ci ilin yanvar-iyul ayları ərzində 55 957 nəfərə uşağın
anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin
olunaraq Fond tərəfindən ödəniş edilib.
Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat
verilib.
Bildirilib ki, müavinət ödənişləri 26 289 nəfər qız, 29 668
nəfər oğlan uşağına görə aparılıb.