ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə Dərnəgül stansiyasının tikintisinə başlayıb

Cəmiyyət

Bakı.Trend:

“Azərbaycan Dəmir Yolları” QSC Abşeron dairəvi dəmiryol marşrutu
üzrə Dərnəgül stansiyasının tikintisinə başlayıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azərbaycan Dəmir
Yolları” QSC-dən məlumat verilib.

Layihə çərçivəsində stansiyada 4 ədəd platforma, 2 ədəd turniket
binası inşa olunacaq.




Tikinti işlərinin 2025-ci ilin sonlarında başa çatdırılması
planlaşdırılır.

Dərnəgül ərazisində eyniadlı stansiyanın tikintisində məqsəd
sərnişin daşımalarının səmərəliliyini artırmaqla yanaşı, Abşeron
dairəvi marşrutu üzrə nəqliyyat xidmətlərinin daha geniş əhali
təbəqəsi üçün əlçatanlığını təmin etməkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir