
Bakı. Trend:
Ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən
sabit telefon telekommunikasiya operatorları tərəfindən təşkil
olunan ölkədaxili telekommunikasiya kanallarına qoşulma və istifadə
ilə bağlı tariflər tənzimlənib.
Trend xəbər
verir ki, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad
Nəbiyev müvafiq qərar imzalayıb.
Sənədə əsasən, ümumistifadəli telekommunikasiya şəbəkəsində
fəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorları
tərəfindən təşkil olunan ölkədaxili telekommunikasiya kanallarına
qoşulma ilə bağlı tarif telekommunikasiya kanallarının tutumdan
asılı olmayaraq ƏDV daxil olmaqla 50,0 manat
təsdiq edilib.
Həmçinin, ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət
göstərən sabit telefon telekommunikasiya operatorları tərəfindən
təşkil olunan ölkədaxili telekommunikasiya kanallarından istifadə
ilə bağlı aylıq tariflər aşağıdakı kimi olacaq:
|
Sıra sayı |
Telekommunikasiya kanalının tutumu |
Tarif (manat) (ƏDV daxil olmaqla) |
|
I |
II |
III |
|
1. |
32 kb/s |
4,00 |
|
2. |
128 kb/s |
9,00 |
|
3. |
256 kb/s |
14,00 |
|
4. |
512 kb/s |
20,00 |
|
5. |
1 mb/s |
30,00 |
|
6. |
2 mb/s |
50,00 |
|
7. |
10 mb/s |
250,00 |
|
8. |
100 mb/s |
400,00 |
Məlumat üçün bildirək ki, qərar iyulun 28-də qəbul edilib,
avqustun 5-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib,
avqustun 6-da qüvvəyə minib.

