
Bakı. Trend:
İyul ayı üzrə 694 müraciətçinin 587-si barədə müsbət qərar
verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 107 nəfərin
müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bu barədə Trend-ə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən
məlumat verilib.
Bİldirilib ki, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə
olaraq 78 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı
ölkənin ərazisində tələb olunan normativdən az olma, 5
akkreditasiyasız ali təhsil müəssisəsi, 5 dövlət nümunəli olmayan
transkript (qismən tanınmaya münasibətdə), 5 dövlət nümunəli
olmayan diplom, 4 təhsilalma forması, 3 əhəmiyyətli fərq (kredit
sayı), 3 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin
ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq
(kredit sayı), 2 tədris yükü, 1 bakalavr diplomuna imtina verilməsi
səbəbilə, 1 akkreditasiyasız filial və tədris yükünü mənimsəmək
üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az
olmanı göstərmək mümkündür.
Ölkələr üzrə Türkiyə Respublikasından 285, Rusiya
Federasiyasından 228, Ukraynadan 55, Birləşmiş Krallıqdan 28,
Gürcüstandan 25, Konqo və Çin Xalq respublikalarının hər birindən
8, İtaliya Respublikasından 6, Macarıstandan və Polşa
respublikalarının hər birindən 5, Belarus, Latviya və Almaniya
Federativ respublikalarının hər birindən 4, Amerika Birləşmiş
Ştatları, Fransa, Qazaxıstan və Çex respublikalarının hər birindən
3, İran İslam Respublikası, Niderland və Belçika krallıqlarının hər
birindən 2, Estoniya, Koreya, Litva, Özbəkistan, Slovakiya,
Əlcəzair Xalq Demokratik, Somali Federativ və Pakistan İslam
respublikaları, Kanada, həmçinin İspaniya və İordaniya Haşimilər
krallıqlarının hər birindən 1 müraciət qeydə alınıb.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb və səhiyyə
ixtisasları üzrə 173, iqtisadiyyat üzrə 46, biznesin idarə edilməsi
üzrə 44, maliyyə üzrə 30 müraciət qeydə alınıb.