
Bakı.Trend:
Atasının qətlini sifariş verməkdə təqsirləndirilən Fəqan
Fərəcov, onunla birgə mühakimə olunan, tanışları İlkin Hüseynov və
Fariz İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm
oxunub.
Hökmə əsasən, təqsirləndirilən Fəqan Fərəcov 8 il,İlkin Hüseynov
8 il,Fariz İsmayılov 8 il azadlıqdan məhrum edilib.
Bildirək ki, Fəqan Fərəcovun İmişli rayonunda yaşayan atasının
qəsdən öldürülməsini tanışı İlkin Hüseynova sifariş verməsi, İlkin
Hüseynovun isə cinayəti icra etmək üçün qabaqcadan əlbir olduğu
Fariz İsmayılovla birlikdə İmişli rayonuna getməsi, lakin öz
iradələrindən asılı olmayan səbəblərdən törədilməsinə hazırlıq
gördükləri sifarişlə qəsdən adam öldürmə cinayətini başa çatdıra
bilməmələrinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, Fəqan Fərəcov Cinayət Məcəlləsinin 32.3 (cinayətin
təşkilatçısı), 28, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən adam öldürməyə hazırlıq), 32.3, 28, 120.2.5 (sifarişlə
adam öldürməyə hazırlıq) və digər maddələri, İlkin Hüseynov və
Fariz İsmayılov isə həmin Məcəllənin 28, 120.2.1, 28, 120.2.5 və
digər maddələri ilə ittiham edilib.