Şəmkirdəki ağır qəzada ölənlərin və yaralananların adları məlum oldu

Cəmiyyət

Bakı. Trend:

Şəmkir rayonunda 7 nəfərin öldüyü ağır yol qəzasında xəsarət
alanların və ölənlərin adları məlum olub.

Trend-in əldə etdiyi məlumata görə, hadisə nəticəsində
1992-ci il təvəllüdlü Bayramov Şadət, 1975-ci il təvəllüdlü Bəsti
Nəbiyeva, 1977-ci il təvəllüdlü Aydın Pənahov, 1962-ci il
təvəllüdlü Qızxanım Tomayeva, 2008-ci il təvəllüdlü Kənan Məmmədov,
1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova və 1966-cı il təvəllüdlü
Bağırov Arif həyatını itirib.

Qəza zamanı 1975- ci il təvəllüdlü Şahniyar Pənahova, 1969-cu il
təvəllüdlü Kamran Məmmədov, 2004-cü il təvəllüdlü Nərmin Əliyeva,
1995-ci il təvəllüdlü Məcid Qəribov və 1970-ci il təvəllüdlü
Bəkinaz Gözəlova isə müxtəlif dərəcəli bədən xəsarətləri
alıblar.




Hadisə yerinə Dövlət Yol Polisnin əməkdaşları cəlb olunub,
müvafiq araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Şəmkirdə ağır yol qəzası baş verib. Hadisə
Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndindən
keçən hissəsində qeydə alınıb. Belə ki, Bakıdan Qazax istiqamətində
hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun yük maşınına
çırpılması nəticəsində 7 nəfər ölüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir