Azyaşlının mədəsindən saç kütləsi çıxarıldı (FOTO)

Cəmiyyət

Bakı. Trend:

30.07.2025-ci il tarixində 05.08.2016-ci il təvəllüdlü Qax rayon
sakini (qadın cinsli) ürəkbulanma, iştahsızlıq və qarın ağrısı
şikayətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Trend
xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

Bildirilib ki, aparılan radioloji müayinələrdən sonra ona
tirixofagiya diaqnozu (mədəsində saç kütləsi bezoar) qoyulub və
Uşaq Cərrahiyyə şöbəsinə yerləşdirilib.




“Şöbənin müdiri İlqar Haqverdiyev və həkim Binnət Sofiyevin
iştirakı ilə qastrotomiya əməliyyatı icra edilib.
9 yaşlı azyaşlının mədəsində aparılan cərrahi əməliyyat uğurla
bitib və saç kütləsi xaric edilib.

Hazırda onun müalicəsi Uşaq Cərrahiyyə şöbəsində davam
etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, tirixofagiya adlandırılan xəstəlik əslində
psixoloji problemdir. Uşaqlar öz saçlarını və ya yerə düşən tükləri
götürüb yeyirlər. Bu zaman mədədə tük topası yığılır, tükdən ibarət
böyük kütlə əmələ gəlir. Kütlə mədəni tam tutduqda artıq qidalana
bilməmək, qusma və mədə nahiyəsində şişkinlik kimi əlamətlər ortaya
çıxır”,- deyə məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir