MÜTDA-dan MİQ-in vakansiya seçimi ilə bağlı etirazlara cavab

Cəmiyyət

Bakı. Trend:

6 avqust tarixindən etibarən müəllimlərin işə qəbulu üzrə
müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılıb.

Trend
xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, namizədlər 11 avqust saat 11:00-dək şəxsi
səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və
tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha
yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə
buraxılır. Keçid balı toplamış namizədlər 8 vakant yer seçə
bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların
elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə
aparılır.




Son illər keçirilmiş müsabiqələrin nəticəsində işə qəbul edilmiş
və təhsilverənlərin sertifikatlaşdırma prosesini uğurla tamamlamış
müəllimlərin orta dərs yükü əhəmiyyətli şəkildə artmış,
təhsilalanların keyfiyyətli təhsilə çıxış imkanı
genişləndirilmişdir.

Prosesin davamı olaraq bu il keçirilən müəllimlərin işə qəbulu
üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə çıxarılan yerlər
detallı təhlil edilərək müəllimlərin işə qəbul, sertifikatlaşdırma
və diaqnostik qiymətləndirmə nəticələri, mövcud müəllimlərin orta
dərs yükü, mövcud müəssisələrdəki müəllimlər sıxlığı nəzərə
alınmışdır. Nəticədə bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin
ilkin vakansiya seçimi mərhələsinə 7000-ə yaxın vakant yer
çıxarılmışdır.

Bununla yanaşı nəzərinizə çatdırırıq ki, ənənəvi olaraq bu
mərhələdə tutulmayan, həmçinin yaranan yeni vakant yerlər ilboyu
elan ediləcəkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir