Agentlik indiyə qədər I sinfə qəbul edilən uşaqların sayını açıqlayıb

Cəmiyyət

Bakı. Trend:

İndiyə qədər 125 mindən çox uşağın I sinfə qəbul prosesi
tamamlanıb.

Trend
xəbər verir ki, bunu MÜTDA-nın Ümumi təhsilin təşkil şöbəsinin
aparıcı məsləhətçisi Aidə Əsgərli MÜTDA-nın canlı yayımında
deyib.




O bildirib ki, mayın 6-dan etibarən həyata keçirilən
2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu
prosesi davam edir.

Xatırladaq ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək
davam edəcək.