
Bakı. Trend:
Uzun müddət davam edən isti hava dalğasından sonra avqustun 8-i
axşamdan şimal-qərb küləyinin arabir güclənəcəyi, 12-dək davam
edəcəyi gözlənilir.
Trend
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.
Bildirilib ki, həftənin sonu, gələn həftənin ilk günlərində
havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı
enəcək.
Küləyin güclənməsi ilə əlaqədar Abşeron çimərliklərində
istirahət edən əhalinin ehtiyatlı olması tövsiyə olunur. Dəniz
suyunun temperaturu 9-10-11-də 27-29 dərəcə isti olacaq.
Qeyd edək ki, beynəlxalq təcrübədə havanın gündəlik maksimum
temperaturunun orta aylıq maksimum temperaturdan 5 dərəcə və daha
yüksək olduğu müddət 5 gün və daha çox davam edərsə bu meteoroloji
hadisə isti hava dalğası adlanır.

