
Bakı. Trend:
Bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar”
stansiyasında bir qadın uşaq dünyaya gətirib.
Bu barədə
Trend-ə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Hadisə zamanı stansiya əməkdaşları tərəfindən ona ilkin yardım
göstərilib.
Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək
zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya
gətirib.
İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş
hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya
aparılıblar.

