
Bakı.Trend:
Tovuz rayonu, Qovlar qəsəbə sakini 8126 manat aliment borcunu
ödəmədiyi üçün həbs olunub.
Trend-in
məlumatına görə, o, 2023-cü ildən başlayaraq 2 azyaşlı övladı üçün
ödəməli olduğu 440 manat alimenti üzrsüz səbəbdən ödəməyib.
2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada
xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam
etdirib.
Tovuz Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs
Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət
əməlini törətməkdə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan
məhrumetmə cəzasına məhkum edilib.

