Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar edilib

Cəmiyyət

Bakı. Trend:

Avqustun 7-də qanunsuz saxlanılan odlu silah-sursat aşkar
edilib.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.




Bildirilib ki, avqustun 7-də polis əməkdaşları paytaxt və
respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 5 tüfəng, 1 patron
darağı və 31 ədəd patron aşkar edərək götürüblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən
qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.

Spread the love