
Bakı. Trend:
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri növbəti əməliyyat
zamanı şəhər sakini Yusif Əliyev saxlanılıb.
Trend-in əldə etdiyi məlumata görə, ondan 1 kiloqrama
yaxın marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

