
Bakı. Trend:
İrəvan xanının nəslindən olan, Almaniyada yaşayan Əmir Əli
Sərdari İrəvani Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev
Fondunun birgə təşkilatçılığı ilə Xankəndidə baş tutan
“Konstitusiya və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin
VI Yay Düşərgəsində iştirak edib.
Trend xəbər
verir ki, o, düşərgə çərçivəsində baş tutan panellərin birində
Azərbaycan dilində çıxış edib.
“Belə qərar verdim ki, mən bu mühüm tədbirdə ana dilində
danışmalıyam”, – deyə o bildirib.
Əmir Əli Sərdari İrəvani qeyd edib ki, həmçinin, Qərbi
Azərbaycan İcmasının fəxri üzvü olmaq onun üçün qürur
mənbəyidir.
İrəvan xanının nəslinin davamçısının Xankəndidəki çıxışışı
təqdim edirik: