
Bakı.Trend:
Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edərək baş verə
biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə
onlardan diqqətli olmağı, yol hərəkəti qaydalarına birmənalı olaraq
riayət etmələrini xahiş edir.
Trend xəbər
verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin
sürücülərə müraciətində bildirilib.
Qeyd edilib ki, mövcud qanunvericiliyin tələblərinə əsasən
sürücü hərəkət zamanı sükanı əlindən buraxmamalıdır, belə hal
aşkarlandığı təqdirdə sürücü barəsində AR İXM-nin 342.1.4-cü
(hərəkət zamanı sükanı əldən buraxmağa görə) maddəsinə uyğun olaraq
qırx manat məbləğində cərimə tətbiq ediləcək:
“Bəzi sürücülər avtomobildə hərəkətdə olan zaman əlini
pəncərədən çölə çıxarırlar ki, bu da öz növbəsində idarəetməni
çətinləşdirir və eyni zamanda qəza riskini artırır”.

