DSMF-nin yanvar-iyul ayları üzrə gəlir və xərcləri açıqlanıb

Cəmiyyət

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 7 ayında
proqnozla müqayisədə 7 faiz və ya 289 milyon manat çox olmaqla 4
milyard 665 milyon manat təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta
daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 281
milyon manat artaraq 3 milyard 712 milyon manat olub.




Yanvar-iyul aylarında DSMF-nin xərcləri 4 milyard 380 milyon
manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9
faiz və ya 375 milyon manat çoxdur.