
Bakı. Trend:
Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günü
münasibətilə “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və
kollektivi şücaətli ekipaj üzvünün İkinci Fəxri xiyabandakı
məzarını ziyarət ediblər.
Trend xəbər
verir ki, tədbir iştirakçıları Hökumə Əliyevanın xatirəsini
ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər.
AZAL komandası Azərbaycanın Milli Qəhrəmanlarının – İqor
Kşnyakin və Aleksandr Kalyaninovun da xatirəsi ehtiramla yad
edilib.
 
Hökumə Əliyevanın anadan olmasının ildönümü ilə əlaqədar Heydər
Əliyev Beynəlxalq Aeroportunda bir dəqiqəlik sükut elan olunub.
Prezident İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli Sərəncamı
ilə Əliyeva Hökumə Cəlil qızı “Azərbaycan Hava Yolları” Qapalı
Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi
Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş
vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində,
sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət
və fədakarlıq göstərdiyinə görə ölümündən sonra “Azərbaycanın Milli
Qəhrəmanı” adına layiq görülüb.


 
						 
						