Peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi keçirilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 10 avqust 2025-ci il
tarixində peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi
– qanunvericilik fənni üzrə imtahan təşkil olunub.

Trend-ə DİM-dən
verilən məlumata görə, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və
Naxçıvanda yerləşən 5 binada keçirilib. Prosesə 5 ümumi imtahan
rəhbəri, 12 imtahan rəhbəri, 90 nəzarətçi və 15 buraxılış rejimi
(mühafizə) əməkdaşı cəlb olunub.

İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların
yoxlanılması vaxt apardığı üçün yaxın 6 həftə ərzində elan
ediləcəyi bildirilir.

XXX

07:55

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı
imtahanının II mərhələsini (qanunvericilik üzrә) keçirəcək.

DİM-dən Trend
bildirilib ki, imtahan vermək üçün 984 nəfər müraciət edib.




İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-dən sonra gələn
namizədlər imtahan binasına buraxılmayacaqlar.

Namizəd buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi
binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və
saatı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib)
və özü ilə aşağıdakı sənədləri gətirməlidir:

– Şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya
ümumvətəndaş pasportu) əsli;

– İmtahana buraxılış vərəqəsi.

İmtahanın müddəti 3 saatdır və namizədə seçdiyi peşәkar mühasib
sertifikat növünә aid qanunvericilik üzrә 40 test tapşırığı tәqdim
olunur.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda və Naxçıvanda 5
binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 5 ümumi imtahan
rəhbəri, 12 imtahan rəhbəri, 90 nəzarətçi, 15 buraxılış rejimi
(mühafizə) əməkdaşı cəlb olunub.