Günəşdə güclü plazma atılması baş verib

Cəmiyyət

Bakı. Trend:

Günəşdə sürətli və mürəkkəb plazma atılması baş verdi və eyni
anda ulduzun bir neçə bölgəsinə təsir edib.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik
Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının “Telegram” kanalında məlumat verilib.




“Günəşdə bir anda ulduzun qərb yarımkürəsində bir neçə aktiv
bölgəyə təsir edən mürəkkəb və çox sürətli (partlayıcı) plazma
atılması baş verib. Hadisə təxminən yarım milyon kilometr diametrli
bir ərazini əhatə etdi (görünən günəş diskinin üçdə biri)”, – deyə
bildirilib.

Qeyd olunub ki, maddənin bir hissəsinin və maqnit sahələrinin
Yerə doğru getməsi əlamətləri var.

Spread the love