
Bakı. Trend:
Avqustun 10-da Zəngilan şəhəri ərazisində yanğın törədən şəxs
polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat xidmətinin regional qrupundan Trend-ə bildirilib ki,
yanğının 1985-ci il təvəllüdlü Vüsal Əlpənahov tərəfindən
ehtiyatsızlıqdan törədildiyi məlum olub.
Hadisə nəticəsində 5 hektar ərazidə biçilmiş əkin sahəsi və
kol-kos yanıb. Əməli törədən V.Əlpənahov saxlanılaraq barəsində
məsuliyyət tədbiri görülüb. Faktla bağlı Rayon Polis Şöbəsində
istintaq araşdırmaları davam etdirilir.